...

Sumqayıtda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Hadisə Materials 1 Aprel 2013 13:44 (UTC +04:00)
Sumqayıt şəhərində "VAZ-2107" və "Chevrolet" markalı avtomaşınlar toqquşub.
Sumqayıtda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhərində "VAZ-2107" və "Chevrolet" markalı avtomaşınlar toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 31-də saat 22.00 radələrində Sumqayıt şəhəri Sülh küçəsində Elçin İmanovun idarə etdiyi "VAZ-2107" markalı və Əkbər Mahmudovun idarə etdiyi "Chevrolet" markalı avtomaşınlar toqquşub.

Nəticədə İmanov hadisə yerində ölüb, Mahmudovun xəsarət almış sərnişinləri - Bakı şəhər sakinləri Şərqiyə Məhərrəmova və onun bacısı Solmaz isə xəstəxanaya yerləşdiriliblər.

Fakta bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti