Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/
Nəsimi rayonu ərazisində 45-50 yaşlı kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da saat 03.00 radələrində Nəsimi rayonu M.Əliyev küçəsində üzərində zorakılıq əlamətləri görünməyən 45-50 yaşlı kişi meyiti tapılıb.
İlkin yoxlama Nəsimi Rayon Prokurorluğu tərəfindən aparılır.
Hazırda meyitin kimliyinin müəyyən edilməsi istiqamətində işlər davam edir.