...

Cəlilabadda "VAZ-2106" ilə "Mercedes"in toqquşması ölümə səbəb oldu

Hadisə Materials 5 Aprel 2013 13:58 (UTC +04:00)
Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Cəlilabadda "VAZ-2106" ilə "Mercedes"in toqquşması ölümə səbəb oldu

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/

Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 4-də saat 07.00 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini Yusif Rzayevin idarə etdiyi "VAZ-2106" markalı və Masallı rayon sakini Nahid Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Nəticədə Rzayev aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti