...

Lənkəranda “KamAZ” aşıb, ölən və yaralananlar var

Hadisə Materials 22 Aprel 2013 14:56 (UTC +04:00)
Lənkəran rayonunundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Lənkəranda “KamAZ” aşıb, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir İ.İzzət/

Lənkəran rayonununda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki,

aprelin 21-də saat 16.50 radələrində Lənkəran rayonunun Veravul kəndi ərazisində Cil kənd sakini Pərvin Babayev idarə etdiyi "KamAZ-5511" markalı avtomaşını aşırıb.

Nəticədə Babayev hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - Cil kənd sakinləri Kamil Rəhimov, Ruslan Əkbərov və Rəhim Babayev isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti