...

Bakıda 150-ə yaxın insan subasma təhlükəsindən xilas edilib

Hadisə Materials 24 Aprel 2013 17:48 (UTC +04:00)
23-24 aprel 2013-cü il tarixlərində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Xətai və Sabunçu rayonlarında bəzi ərazilər yağış və qrunt suları ilə dolub.
Bakıda 150-ə yaxın insan subasma təhlükəsindən xilas edilib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

23-24 aprel 2013-cü il tarixlərində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Xətai və Sabunçu rayonlarında bəzi ərazilər yağış və qrunt suları ilə dolub.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə rayonlarına cəlb olunub.

Xilasetmə əməliyyatları nəticəsində paytaxtın Xətai rayonunda 20-ə yaxın insan, Sabunçu rayonunda isə 130-a yaxın insan xilas olunub.

Qeyd edək ki, Sabunçu rayonunda təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb.

Hazırda yağış və qrunt suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır. Suçəkmə işləri Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti