...

Bakıda gənc qadın “VAZ-2107”nin qurbanı oldu

Hadisə Materials 14 May 2013 10:15 (UTC +04:00)
Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.
Bakıda gənc qadın “VAZ-2107”nin qurbanı oldu

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İzzət/

Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 13-də saat 16:00 radələrində Xətai rayonu, Zığ yolu 39 ünvanının qarşısında Hacıyev Bəhruz idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada Vüsalə Bağırovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai raon Prokurorluğundan Cİnayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti