Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İzzət/
Qanunsuz ov etdiklərinə görə saxlanılmış Qəbələ rayon sakinlərindən müvafiq sənədləri oımayan 2 ədəd ov tüfəngi götürülüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 23-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon Polsi Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayondakı "Şahdağ" Milli parkının ərazisində qanunsuz ov etdiklərinə görə rayon sakinləri İldrım Həmidov və Aqil Bəşirov saxlanılıb.
Onlardan müvafiq sənədləri oımayan 2 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.