...

İstirahət günləri Azərbaycanda yol qəzaları zamanı 8 nəfər ölüb

Hadisə Materials 19 Avqust 2013 15:46 (UTC +04:00)
Həftəsonu Azərbaycanın yollarında 8 nəfər ölüb, 18 nəfər yaralanıb.
İstirahət günləri Azərbaycanda yol qəzaları zamanı 8 nəfər ölüb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İzzət/

Həftəsonu Azərbaycanın yollarında 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 17-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Avqustun 18-də isə ölənlərin sayı bundan 4 dəfə çox olub. Belə ki, dünən avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti