Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/
Xəzər rayonunda tikilməkdə olan bağ evinin beton örtüyünün uçması nəticəsində 1 nəfər Azərbaycan vətəndaşı ölüb, 2 nəfər Türkiyə vətəndaşı isə xəsarət alıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 20-də Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlar yaşayış sahəsində Cəlilabad rayon sakini Rasim Əliyevə məxsus tikilməkdə olan bağ evinin beton örtüyü uçub.
Nəticədə orada işləyən, xəsarət almış Sabirabad rayon sakini Emin Hüseynov hadisə yerində ölüb, Türkiyə vətəndaşları Mustafa Taşqran və Sevgen Calkan isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.