Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/
Bakıda Neftçilər prospektində yüksək sürətlə hərəkətdə olan minik avtomobili düz yolda idarəetməni itirərək , Bakı Dəniz Vağzalının yaxınlığındakı ərazidə inşa edilməkdə olan binanın qarşısındakı maneəyə çırpılıb.
Trend xəbər verir ki, nəzarət kameralarının yaddaşına həkk olunmuş qəzada zərbədən dərhal sonra avtomobil toz içində görünməz olur.
Trend həmin qəzanın video görüntüsünü oxuculara təqdim edir.
Video Player