...

Bakıda baş vermiş qəzada naməlum sürücü ölüb

Hadisə Materials 6 Sentyabr 2013 13:32 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 6-da saat 00:45 radələrində Xətai rayonu, Gəncə prospektində Bakı şəhər sakini Vüqar Şərifzadənin idarə etdiyi "Audi" markalı və sürücüsünün şəxsiyyəti hələlik müəyyən edilməmiş "VAZ-2106" markalı avtomaşınlar toqquşub.
Bakıda baş vermiş qəzada naməlum sürücü ölüb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 6-da saat 00:45 radələrində Xətai rayonu, Gəncə prospektində Bakı şəhər sakini Vüqar Şərifzadənin idarə etdiyi "Audi" markalı və sürücüsünün şəxsiyyəti hələlik müəyyən edilməmiş "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomaşının sürücüsü hadisə yerində ölüb. Xəsarət almış Vüqar Şərifzadə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti