...

Bakıda “Volkswagen” aşıb, ölən və yaralanan var

Hadisə Materials 26 Sentyabr 2013 13:24 (UTC +04:00)
Suraxanı rayonu Hövsan qəsəbəsinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bakıda “Volkswagen” aşıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/

Suraxanı rayonu Hövsan qəsəbəsinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 26-da saat 01.20 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Rüstəm Quliyev idarə etdiyi "Volkswagen" markalı avtomaşını aşırıb.

Nəticədə "Volkswagen"in sərnişini - Bakı şəhər sakini Elvin Şərifzadə xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış sürücüyə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti