...

Polis Vaşinqtondakı atışmanı terror hesab etmir

Hadisə Materials 4 Oktyabr 2013 05:32 (UTC +04:00)
Vaşinqtonun mərkəzində baş vermiş hadisə terrorizmlə əlaqəli deyil. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Vaşinqton polisinin nümayəndəsi bildirib.
Polis Vaşinqtondakı atışmanı terror hesab etmir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Vaşinqtonun mərkəzində baş vermiş hadisə terrorizmlə əlaqəli deyil. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Vaşinqton polisinin nümayəndəsi bildirib.

"Bizim qənaətimizə görə, bu terror deyil, adi hadisə idi" - deyə o, söyləyib.

Polis hələ də güllələnmiş qadının silahlı olub-olmaması haqqında konkret fikir bildirmir.

Polisin sözlərinə görə, yaralı qadın Kapitoli qarşısındakı məhdudlaşdırıcı maneəni dağıdıb və nəticədə 1 polis xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti