...

Bakıda ana məhkum oğlu üçün həbsxanaya qanunsuz əşya keçirmək istəyib

Hadisə Materials 20 Noyabr 2013 12:39 (UTC +04:00)
Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda ana məhkum oğlu üçün həbsxanaya qanunsuz əşya keçirmək istəyib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 19-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Vüqar Qabil oğlu Bayramovun yanına qısamüddətli görüşə gəlmiş, anası Bəyim Məhərrəm qızı Bayramovanın üzərinə və şəxsi əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasının içərisindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Vüqar Bayramov Cinayət Məcəlləsinin 120.2.2 (Qəsdən adam öldürmə; xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti