...

Mahaçqalada partlayış nəticəsində on altı nəfər xəsarət alıb

Hadisə Materials 18 Yanvar 2014 07:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Mahaçqalada partlayış zamanı zərərçəkənlərin sayı 16 nəfərə çatıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə RF İstintaq komitəsi şənbə günü bildirib.

"Partlayış nəticəsində 16 nəfər, o cümlədən polis əməkdaşları xəsarət alıb", - məlumatda deyilir.

Cümə günü axşam naməlum şəxslər Mahaçqaladakı "Qızıl imperiya" restoranının ikinci mərtəbəsinə qumbaraatandan atəş açıblar, 15 dəqiqədən sonra isə hadisə yerinə polis patrulu gələrək restoranın yaxınlığında maşın partlayıb.

Əsas fərziyə kimi kriminal "çəkişmələr" və xuliqanlıq nəzərdən keçirilir, respublika DİN-in nümayəndəsi Ria Novosti agentliyinə bildirib.

O, dəqiqləşdirib ki, hadisə nəticəsində yeddi nəfər yaralanıb, üç polis də daxil olmaqla. Bundan öncə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bu vaxta qədər 11 nəfər yaralanmış, o cümlədən dörd polis əməkdaşı.

Bu "Qızıl imperiya" ilə bağlı birinci hadisə deyil: ötən ilin payızında bildirilirdi ki, restorana üç nəfər naməlum maskalı şəxs daxil olub, şübhəli əşya qoyaraq, tavana atəş açıblar.

Xəbər lenti

Xəbər lenti