Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/
Astarada fəaliyyət göstərən aptekdə psixotrop maddələr qrupuna aid olan dərmanlar aşkarlanıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Pensər kəndində kənd sakini Fariz Nəsirova məxsus aptekdə psixotrop maddələr qrupuna aid olan 8 ampula "Sibazon", 34 ampula "Diazepam", 10 həb "Alprozolam", 170 paket "Kalsiypermanqanat", 5 ampula "Krka", 5 flakon "Tropin", 800 həb "T-dol", 100 həb "Azaleptin", 25 həb "Tezertsin", 130 həb "Aminazin", 30 həb "Qluferal", 40 həb "Etambutol", 200 həb "İzoneazid", 110 həb "Pirazenamid", 40 həb "Gilbotex", 150 həb "Dimenhidrinate", 190 həb və 10 ampula "Qaloperidol" aşkar edilərək götürülüb.
Astarada aptekdə psixotrop maddələr qrupuna aid olan dərmanlar aşkarlanıb
Astarada fəaliyyət göstərən aptekdə psixotrop maddələr qrupuna aid olan dərmanlar aşkarlanıb.
