Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/
Bu gün gecə saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, rayonun Uzunoba kəndində 2012-ci il təvəllüdlü Abdullayev Etibar Rəhman oğlunun üzərinə qaynar su dağılıb.
O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 2 yaşlı xəstəyə başın, gövdənin, aşağı və yuxarı ətrafların 2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub.
Onun vəziyyəti ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib, lakin yolda dünyasını dəyişib.
Fakt üzrə araşdırma aparılır.