...

Bakıda dəm qazı bir nəfərin həyatına son qoydu

Hadisə Materials 25 Yanvar 2014 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bakıda bir nəfər dəm qazından boğulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayon sakini Aidə Məmmədova mənzilində dəm qazından zəhərlənərək ölüb.

Bundan əlavə, ötən gün Abşeron rayonu Mehdiabad qəsəbə sakini Günel Musayeva, Göygöl rayon sakini Şahin Zeynalov, Zaqatala rayon sakini Abbas Kərimov dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti