...

Naxçıvan sakinləri xeyli silah-sursat tapıblar

Hadisə Materials 5 Fevral 2014 13:01 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası ərazisində vətəndaşlar tapdıqları silah-sursatı polis şöbələrinə təhvil veriblər.
Naxçıvan sakinləri xeyli silah-sursat tapıblar

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Naxçıvan Muxtar Respublikası ərazisində vətəndaşlar tapdıqları silah-sursatı polis şöbələrinə təhvil veriblər.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şərur rayonu Vərməziyar kənd sakini Bayram Əliyev tapdığı 1 ədəd "Makarov SSSR" markalı qaz tapançasını, Şahbuz rayonu Külüs kənd sakini Rahim Məmmədov tapdığı 1 ədəd "VOLTRA COMBAT" markalı qaz tapançasını, 2 ədəd "F-1" və 1 "RQD-5" qumbarasını, Kəngərli rayonu Qarabağlar kənd sakini Əkrəm Abdullayev tapdığı 1 ədəd "BLOW F-92" markalı nömrəsi silinmiş qaz tapançasını könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.

Bütün faktlarla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti