Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/
Füzuli rayonundakı Fin şəhərciyinin ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 11-də saat 17 radələrində Füzuli rayonundakı Fin şəhərciyinin ərazisində Beyləqan rayon sakini Sərvər Fərhadov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş S.Fərhadov orada ölüb.
Faktla əlaqədar araşdırma aparılır.