Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İzzət/
Lənkəran şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi bir körpənin ölümü ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 8-də Lənkəran şəhəri, Vidadi küçəsində şəhər sakini Əlizamin Məmmədov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Aidə Məmmədzadəni və qucağında olan azyaşlı dayısı oğlu Kənan Məmmədovu vurub.
A.Məmmədzadə və K.Məmmədov xəstəxanaya yerləşdirilib, körpə mayın 9-da orada ölüb.
Faktla əlaqədar cinyaət işi açılıb, araşdırma aparılır.