Azərbaycan, Bakı, 24 may /Trend, müxbir T.Cəfərov/
İraqın Diyala əyalətinin Baquba şəhəri yaxınlığında qaz boru kəməri çəkilişləri aparan İran şirkətinə məxsus avtomobil partlayıb. Trend-in İranın Fars agentliyinə istinadən məlumatına görə, hadisə nəticəsində 6 iranlı ölüb və 5 iraqlı isə yaralanıb.
Məlumatda bildirilir ki, ölən iranlılardan ikisi qaz boru kəmərlərinin çəkilməsi üzrə mütəxəssis olublar.