...

Bakıda ağac avtomobillərin üzərinə aşıb

Hadisə Materials 28 May 2014 14:47 (UTC +04:00)
Aşan ağac yaxınlıqda saxlanan avtomobillərin üstünə düşüb.
Bakıda ağac avtomobillərin üzərinə aşıb

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/

Bakıda ağacın aşması nəticəsində iki avtomobilə ziyan deyib.

Trend xəbər verir ki, Bakının Mehdi Hüseyn küçəsində ağac aşıb. Aşan ağac yaxınlıqda saxlanan avtomobillərin üstünə düşüb.

Hadisə şahidlərinin Trend-ə bildirdiyinə görə, nəticədə "Toyota Camry" və "Mercedes" markalı avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Hazırda polis və FHN əməkdaşları hadisə yerində vəziyyəti araşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti