...

Həftəsonu Azərbaycanda baş verən yol qəzalarında 9 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 İyun 2014 13:08 (UTC +04:00)
Həftəsonu Azərbaycanda 10 yol qəzası qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 19 nəfər yaralanıb.
Həftəsonu Azərbaycanda baş verən yol qəzalarında 9 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Həftəsonu Azərbaycanda 10 yol qəzası qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 19 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumata görə, şənbə günü, iyunun 21-də respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 13 nəfər müxtəlfi dərəcəli bədən xəsarətləri alıb.

Bazar günü, iyunun 22-də isə ölkədə 1 yol qəzası qeydə alınıb. Qəzalar nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti