Azərbaycan, Bakı, 15 iyul /Trend/
FHN xilasediciləri dənizdə batan şəxsi xilas ediblər.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə ("Fatmayı" sularda xilasetmə məntəqəsinin ərazisində) bir nəfər batmaq təhlükəsi ilə üzləşib.
Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin "Fatmayı" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 18:00-da başa çatıb.