...

Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib

Hadisə Materials 5 Dekabr 2014 09:55 (UTC +04:00)
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl tənəffüs yollarının xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl tənəffüs yollarının xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Bu barədə cümə günü Trend "Kanal7" telekanalına istinadən xəbər verir.

Hazırda Dəmirəlin həyatı üçün təhlükə olmasa da, diabet onun müalicəsində çətinlik yaradır.

Süleyman Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta vilayətində anadan olub. O, Türkiyənin ən nüfuzlu siyasətçilərindən biri hesab edilir.

1990-1993-cü illərdə Dəmirəl Türkiyənin baş naziri, 1993-2000-ci illərdə isə prezidenti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti