...

Bakı-Qazax magistralında ağır qəza: 6 yaralı (FOTO)

Hadisə Materials 8 Yanvar 2015 12:30 (UTC +04:00)
Gürcüstandan gələn avtomobilin bu ölkəyə gedən maşınla toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Bakı-Qazax magistralında ağır qəza: 6 yaralı (FOTO)

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Gürcüstandan gələn avtomobilin bu ölkəyə gedən maşınla toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə bu gecə Bakı-Qazax magistralının Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib.

Sumqayıt şəhər sakini Zaur Cəbiyevin idarə etdiyi "Mercedes-Vito" və Gürcüstan vətəndaşı Ələddin Mirzəyevə məxsus BMW markalı avtomobillər toqquşub.

Qəzada hər iki sürücü və Ə.Mirzəyevin sərnişinləri olan həyat yoldaşı, qızı və bacısı qızları xəsarət alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti