...

Bərdə sakini həmkəndlisini qətlə yetirib

Hadisə Materials 23 Aprel 2015 13:51 (UTC +04:00)
Bərdə rayon sakini həmkəndlisini qətlə yetirib.
Bərdə sakini həmkəndlisini qətlə yetirib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlkin İzzət/

Bərdə rayon sakini həmkəndlisini qətlə yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 22-də Bərdə rayonunun Güloğlular kəndindən kənd sakini Ceyhun İbrahimov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi, əvvəllər məhkum olunmuş Elsevər Cəfərov tutulub.

Faktla baölı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti