Azərbaycan, Bakı, 6 iyun /Trend/
Bakıda üç nəfər köməksiz vəziyyətdən xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda üç nəfər vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.