Azərbaycan, Bakı, 28 iyul /Trend/
Nərimanov rayonunda mağaza yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan mağazanın tavanı və içərisində olan ərzaqlar 120 kv.m sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.