Azərbaycan, Bakı, 14 avqust /Trend/
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Əməliyyat saat 18:35-də başa çatıb.