...

Şamaxıda yanğın: xəsarət alan var

Hadisə Materials 1 Sentyabr 2015 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Şamaxı rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, yanğın zamanı ev sahibi əl-üz nahiyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti