...

Bakıda uşaqların telefonlarını zorla mənimsəyən dələduz tutulub

Hadisə Materials 16 Sentyabr 2015 10:46 (UTC +04:00)
Bakıda uşaqların mobil telefonlarını əlindən alıb qaytarmayan dələduz tutulub.
Bakıda uşaqların telefonlarını zorla mənimsəyən dələduz tutulub

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda uşaqların mobil telefonlarını əlindən alıb qaytarmayan dələduz tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqust ayında Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Toğrul Hüseynovun, sentyabrın 13-də Ü.Hacıbəyov küçəsində 2003-cü il təvəllüdlü Səbuhi Həsənovun və Masallı rayon sakini 2000-ci il təvəllüdlü İmaməddin İsmayılovun etibarlarından sui-istifadə eərək mobil telefonlarını danışmaq adı ilə alıb qaytarmamaqla dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Tural Abbasov tutulub.

T.Abbasovun digər oxşar cinayətlərdə əlinin olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti