...

İrandan gələn azərbaycanlının torbasından psixotrop maddələr çıxdı

Hadisə Materials 22 Sentyabr 2015 10:34 (UTC +04:00)
İrandan gələn azərbaycanlının torbasında psixotrop maddələr aşkar edilib.
İrandan gələn azərbaycanlının torbasından psixotrop maddələr çıxdı

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/

İrandan gələn azərbaycanlının torbasında psixotrop maddələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Zahid Əliyevə məxsus sellofan torbaya baxış zamanı onun içərisindən 1 ədəd plastik qabda 210 ml həcmində metadon məhlulu və hər bir konvalyutda 20 ədəd həb olmaqla 8 konvalyut "Diazepam 10" adlı dərman preparatı aşkar olunub.

Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 210 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,210 qram təşkil edir.

"Diazepam 10" adlı dərman preparatı isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir və 160 ədəd həbdə diazepamın təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti