...

Daxili orqanından narkotik çıxdı

Hadisə Materials 14 Dekabr 2015 19:01 (UTC +04:00)
Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkar edilib.
Daxili orqanından narkotik çıxdı

Bakı. Trend:

Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elşad Məmmədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) bir ədəd bağlamada, 66 ədəd həb şəklində olan metadon aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 66 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 2,62 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti