...

Bakıda iki yük avtomobili toqquşub, xəsarət alan var

Hadisə Materials 12 May 2016 03:50 (UTC +04:00)
Bakıda iki yük avtomobili toqquşub.
Bakıda iki yük avtomobili toqquşub, xəsarət alan var

Bakı. Trend:

Bakıda iki yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "FORD" və "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirmiş, məlum olmuşdur ki, "FORD" markalı avtomobilinin sürücüsü xəsarət almış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır.

Xilasedicilər sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 02:16-da başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti