Bakı. Trend:
Türkiyənin Trabzon şəhərində yaşayan 33 yaşlı azərbaycanlı qadın Gülxanım Əkbər dünən axşam saatlarında qardaşı Əli Əkbər tərəfindən bıçaqlanıb.
Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumata əsasən, G.Əkbər aldığı xəsarət nəticəsində qanaxmadan vəfat edib.
Polis tərəfindən saxlanılan Ə.Əkbər bacısının pulunu mənimsəmək məqsədilə qətl törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb.