...

Bərdədə ağır yol qəzası - 3 ölü, 6 yaralı (VİDEO/ FOTO)

Hadisə Materials 18 Avqust 2016 19:54 (UTC +04:00)
Bərdədə 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Bərdədə ağır yol qəzası - 3 ölü, 6 yaralı (VİDEO/ FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bərdədə 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəzada 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, hadisə Tərtər-Bərdə magistral yolunun Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bərdə istiqamətində yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi Tərtər istiqamətində hərəkət edən “Vaz-2106”, “Ford explorer” və digər minik maşını ilə toqquşub. Qəzaya səbəb olan “Mersedes”in sürücüsü hadisə yerindən qaçıb.

Hadisə zamanı “Vaz-2106” markalı minik maşınında olan Alim İsayev və onun həyat yoldaşı Vəfa İsayeva hadisə yerindəcə həyatını itiriblər. Həmin avtomobildə olan 37 yaşlı Müşfiq Cümşüdov, 55 yaşlı Rafael Məmmədov, 13 yaşlı Nuranə İsayeva və 3 yaşlı qız, digər minik maşınlarında olan 54 yaşlı Saleh Qasımov, 13 yaşlı Şahnaz Əlizadə, 16 yaşlı Sevil Şərifova ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

3 yaşlı körpə həkimlərin cəhdinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti