...

Soyğunçu eynəyi də apardı

Hadisə Materials 15 Sentyabr 2016 12:06 (UTC +04:00)
Bakı şəhər sakini Mürsəl Abbasov saxlanılıb.
Soyğunçu eynəyi də apardı

Bakı. Trend:

Bakı şəhər sakini Mürsəl Abbasov saxlanılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də Masallı rayon sakini Vüqar Kazımov Nəsimi RPİ 21-ci PB-yə müraciət edərək həmin gün rayon ərazisində “Great Wall” markalı avtomobili idarə edərkən “Kia” markalı avtomobilin sürücüsünün onu saxlatmasını, avtomobilə oturub mobil telefonunu, eynəyini və 130 manat pulunu alıb getməsini bildirib.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mürsəl Abbasov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti