...

Hədə-qorxu ilə vətəndaşı qarət edən yaxalandı

Hadisə Materials 18 Oktyabr 2016 13:52 (UTC +04:00)
Lənkəranda vətəndaşa qarşı quldurluq edən şəxs yaxalanıb.
Hədə-qorxu ilə vətəndaşı qarət edən yaxalandı

Bakı. Trend:

Lənkəranda vətəndaşa qarşı quldurluq edən şəxs yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran şəhər polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon sakini Ayaz Ağayevi hədələyib 340 manat pulunu almaqda şübhəli bilinən həmyerlisi Əhməd Hüseynov tutulub.

Onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-18” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti