...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 31 Oktyabr 2016 06:24 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın baş verib
Bakıda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti