...

Qida zəhərlənmələrinin sayı dəyişib

Hadisə Materials 18 Yanvar 2017 13:23 (UTC +04:00)
2007-2009-cu illərlə müqayisədə son illər ərazində qida zəhərlənmələrinin sayı azalıb.
Qida zəhərlənmələrinin sayı dəyişib

Bakı. İlhamə İsabalayeva - Trend:

2007-2009-cu illərlə müqayisədə son illər ərazində qida zəhərlənmələrinin sayı azalıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, qida zəhərlənmələri arasında məişət şəraitində baş verən zəhərlənmələr üstünlük təşkil edir: "Ötən il iaşə müəssisələrində baş verən zəhərlənmələrlə bağlı aparılan araşdırmalar göstərdi ki, zəhərlənmə əsasən məişət şəraitində hazırlanan qidalardan baş verib. Zəhərlənmələrin səbəbləri müxtəlifdir. Əsas səbəblərdən biri ərzaqların düzgün saxlanılmamasıdır. Bir çox zəhərlənmələr texniki emaldan keçmiş kulinariya məhsullarında baş verir. Onlar ev şəraitində çirklənməyə məruz qaldıqlarından zəhərlənmə yaradırlar. Düzgün şəraitdə saxlanılmayan şirniyyat məhsullarından da qida zəhərlənmələri çox olur".

Xəbər lenti

Xəbər lenti