...

Gömrükdə avtomobildən xeyli sayda pirotexniki vasitə və fişəng tapıldı

Hadisə Materials 22 Avqust 2017 11:15 (UTC +04:00)
Gömrükçülər avtomobildə pirotexniki vasitə və fişənglər aşkar ediblər.
Gömrükdə avtomobildən xeyli sayda pirotexniki vasitə və fişəng tapıldı

Bakı. Trend:

Gömrükçülər avtomobildə pirotexniki vasitə və fişənglər aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21061" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsində 650 qutu pirotexniki vasitə və 6 ədəd fişəng aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti