...

Gömrükçülər avtomobilin yanacaq çənində gizlədilən pirotexniki vasitələri aşkar edib

Hadisə Materials 26 Sentyabr 2017 11:34 (UTC +04:00)
Avtomobilin yanacaq çənində gizlədilən pirotexniki vasitələr gömrükdə aşkar olunub.
Gömrükçülər avtomobilin yanacaq çənində gizlədilən pirotexniki vasitələri aşkar edib

Bakı. Trend:

Avtomobilin yanacaq çənində gizlədilən pirotexniki vasitələr gömrükdə aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun gömrük nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisində xüsusi olaraq düzəldilən gizli saxlanc yerindən, arxa oturacağın içərisindən və arxa şüşənin örtüyünün altından gömrük nəzarətindən gizlədilən 1380 ədəd "K0201" pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti