Bakı. Trend:
Qusar rayonunda yanacaqdoldurma məntəqəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qusar rayonunda yanacaqdoldurma məntəqəsində kalonka, kalonkanın üzərindən keçən elektrik naqilləri 0,5 p.m, kassa aparatı yanıb.
Yüksək temperaturdan lambirdən ibarət tavan 2 kv.m sahədə əriyib. Yanacaqdoldurma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.