Bakı. Trend:
Sakit okeanda Yeni Kaledoniya yaxınlığında iki güclü zəlzələ baş verib.
Trend-in məlumatına görə, ilk zəlzələ yerli vaxtla saat 00:42-də baş verib. 7,0 bal gücündə olan zəlzələnin ocağı 14,9 km dərinlikdə yerləşib. Zəlzələnin episentri isə Tadin şəhərindən 120 km şərqdə olub.
5,9 bal gücündə olan ikinci zəlzələ saat 02:20-də baş verib. Episentr bu dəfə Tadin şəhərindən 105 km şərqdə yerləşib, ocağın dərinliyi 10 km olub.
Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi yoxdur.