...

İki piyadanı vurub qaçan sürücü həbs edilib

Hadisə Materials 23 Fevral 2018 11:46 (UTC +04:00)
Balakən rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
İki piyadanı vurub qaçan sürücü həbs edilib

Bakı. Trend:

Balakən rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 23:00 radələrində Balakən rayon sakini Tural Əliyev sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ 21154” markalı, 08 BJ 273 dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçmək istəyən piyadalar Rəşad Haqverdiyev və Rafail İsayevi vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış R.Haqverdiyev və R.İsayev Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış tədbirlər nəticəsində T.Əliyev tutularaq istintaqa cəlb edilib.

T.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti