...

Həmkəndlisini tüfənglə yaralayan Ağstafa sakini saxlanılıb

Hadisə Materials 28 Fevral 2018 12:34 (UTC +04:00)
Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən rayon sakini Rauf Niyazov bud nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilib.
Həmkəndlisini tüfənglə yaralayan Ağstafa sakini saxlanılıb

Bakı. Trend:

Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən rayon sakini Rauf Niyazov bud nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tural Qurbanov saxlanılıb, onun yaşadığı evin zirzəmisinə baxış zamanı “İJ-12” markalı tüfəng aşkar edilərək götürülüb.

RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti