...

FHN: Nizami rayonundakı yanğında 51 avtomobil yanıb

Hadisə Materials 29 İyun 2018 18:20 (UTC +04:00)
200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.
FHN: Nizami rayonundakı yanğında 51 avtomobil yanıb

Bakı. Trend:

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti