...

Salyanda "KAMAZ" aşdı, ölən var

Hadisə Materials 3 İyul 2018 12:31 (UTC +04:00)

Bakı. Trend:

Salyan rayonunun Xıdırlı kəndində “KAMAZ” markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti